Bu il fitrə hansı məbləğdə veriləcək?

Bu il fitrə hansı məbləğdə veriləcək?
09:13 22 İyun 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün imkansızlara, ehtiyacı olan ailələrə fitrə zəkatı verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. (trend)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR