"Dinamo" aləmi qatdı: "Qarabağ", yoxsa "Qəbələ"?

"Dinamo" aləmi qatdı: "Qarabağ", yoxsa "Qəbələ"?
09:22 22 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Kiyev "Dinamo"su rəsmi saytı vasitəsilə Avstriya toplanışında oynayacağı rəqiblərin adlarını yayımlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, açıqlanan siyahıda "Qarabağ" da yer alıb.

Maraqlıdır ki, kiyevlilərin görüş üçün göstərdikləri tarixdə daha əvvəl "Qəbələ" ilə oynayacaqları xəbərini vermişdik.
 
Məsələ ilə bağlı "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Klub rəsmisi bildirdi ki, planlarda heç bir dəyişiklik olmayıb, görünür ukraynalılar texniki səhvə yol veriblər. İyulun 4-də "Qəbələ" "Dinamo" ilə hazırlıq matçı keçirəcək.
 
"Qarabağ"ın mətbuat xidmətinin rəisi Nurlan İbrahimov da ukraynalı həmkarlarının səhv etdiklərini dedi. Belə ki, ağdamlıların rəsmisi saytımıza açıqlamasında oyunun təyin olunduğu tarixdə artıq Avstriyada olmayacaqlarını bildirdi.
 
Görünür "Dinamo Kiyev"in mətbuat xidməti təmsilçilərimizin adlarını səhv salıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR