"Qəbələ"nin ilk mərhələdə son sınağı

"Qəbələ"nin ilk mərhələdə son sınağı
09:32 22 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün növbəti sınaq matçına çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Bolqarıstanın "Ludoqorets" klubu ilə üz-üzə gələcək.

Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşmış təmsilçimiz 5-ci yoxlama matçını keçirəcək. Daha əvvəl yerli "Fulpmes" (8:0) və Rusiya Premyer Liqa təmsilçisi "Axmat"la (0:1) qarşılaşmış "qırmızı qaralar" hər oyun bir hissədən ibarət olan turnirdə isə "Vakker" (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.
 
Qeyd edək ki, "Ludoqorets"lə matç "Qəbələ"nin Avstriya toplanışının birinci mərhələsinin sonu olacaq.
 
Yoxlama oyunu
22 iyun

 
20:00. "Qəbələ" - "Ludoqorets"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR