Bakıda maşın universitetin hasarına çırpıldı: qadın sərnişin pəncərədən bayıra çıxdı - FOTO

Bakıda maşın universitetin hasarına çırpıldı: qadın sərnişin pəncərədən bayıra çıxdı - FOTO
09:32 22 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan "90-TF-087" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə gələrək Tibb Universitetinin dəmir darvazasına çırpılıb.

Buna baxmayaraq maşın hərəkəti davam etdirib. Avtomobil, ön sol təkər dayağının qırılması və sürücünün qəfil əyləci basması nəticəsində manevr edərək dayanıb. Bu zaman maşında olan sərnişin, 1991-ci il təvəllüdlü Baxşəliyeva Günel Oqtay qızı maşının ön sağ şüşəsindan bayıra çıxaraq yerə düşüb.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Sürücünün izahatı alınıb. Avtomobil cərimə meydançasına aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR