Bu gündən “Gəncəbank”ın təminatsız kreditorlarına ödəniş başlayır

Bu gündən “Gəncəbank”ın təminatsız kreditorlarına ödəniş başlayır
09:37 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Gəncəbank" ASC-nin kreditorlarına müraciət edib.
“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, növbəlikdə 7-ci, yəni sonuncu sırada olan təminatsız kreditorlara proporsional qaydada - 70 min manat ekvivalentində ödəniş, o cümlədən əvvəlki növbədə olan kreditorlara tam ödəniş bu gündən həyata keçiriləcək.
Bunun üçün Bankın Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən ofisinin Müştəri Xidməti şöbələrinə müraciət etmək lazımdır.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri:
Bakı şəhəri üzrə: (012) 596 65 91 / 92 / 93
Qaynar xətt: 131, 941
Gəncə şəhəri üzrə: (022) 256 04 93/ (022) 256 03 44
e-poçt: adif@adif.az

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bu-gunden-gencebank-in-teminatsiz-kreditorlarina-odenis-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR