"Norm Sement" media nümayəndələri və müştəriləri üçün iftar süfrəsi açıb

"Norm Sement" media nümayəndələri və müştəriləri üçün iftar süfrəsi açıb
10:01 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Norm Sement" müqəddəs Ramazan ayı münasibətilə müştəriləri və media nümayəndələri üçün iftar süfrələri təşkil edib.

İlk iftar məclisində şirkətin pərakəndə satışını həyata keçirən dilerlər, Norm Ustalar Klubunun Bakıdakı nümayəndələri daxil olmaqla 300-ə yaxın, növbəti gün açılan iftar süfrəsində isə kütləvi informasiya vasitələrindən 40-a yaxın nümayəndə iştirak edib. İftar süfrəsi ətrafında şirkət nümayəndələri hər kəsi bir-bir salamlayıb, müştərilər və media nümayəndələri ilə səmimi mühitdə söhbət ediblər.

"Norm Sement" bu müqəddəs ayda öz müştəriləri və media nümayəndələri ilə bir araya gələrək İslamda birliyə verilən önəmi bir daha nümayiş etdirib.

Şirkət müqəddəs Ramazan ayı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, hər kəsə Uca Allahdan sülh və bərəkət diləyir!


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2769281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR