Azərbaycanlı iş adamı ana dilini təhqir etdi - FOTO

Azərbaycanlı iş adamı ana dilini təhqir etdi - FOTO
10:03 22 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkənin aktiv istifadəçilərindən olan iş adamı Fikrət Məmmədovun rus dilində yazdığı və böyük əksəriyyətin Azərbaycan dilinin təhqiri kimi qəbul etdiyi status birmənalı qarşılanmayıb.

Sözügedən şəxs öz statusunda fikirlərini niyə rus dilində çatdırdığını, Azərbaycan dilindən istifadə etmədiyini açıqlamağa çalışıb.

F.Məmmədov Azərbaycan dilini “kütləvi yaltaqlıq dili” adlandırıb, bu dildə böyük bədii, elmi əsərlər yaradılmadığını deyib.

Sözsüz ki, bu statusa rəylər də müxtəlif və daha çox aqressiv olub. Rəy yazanlar arasında kifayət qədər tanınmış jurnalistlər, qələm adamları yer alıb. (azinforum)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/203528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR