Azərbaycan vətəndaşının daxili orqanında heroin, tiryək, həşiş qətranı və metadon aşkar edilib

Azərbaycan vətəndaşının daxili orqanında heroin, tiryək, həşiş qətranı və metadon aşkar edilib
10:07 22 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İranndan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
“Report” DGK-ya istinadən xəbər verir ki, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib.
Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-vetendasinin-daxili-orqaninda-heroin-tiryek-hesis-qetrani-ve-metadon-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR