AMB faiz dəhlizinin aşağı həddini 10%-ə endirib

AMB faiz dəhlizinin aşağı həddini 10%-ə endirib
10:12 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin iclasında bu gündən etibarən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixinə təyin edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR