Filippo İndzagi Albaniya millisinə rəhbərlik edə bilər

Filippo İndzagi Albaniya millisinə rəhbərlik edə bilər
10:17 22 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ İtaliyanın “Milan” komandasının sabiq futbolçusu və baş məşqçisi Filippo İndzagiyə Albaniya millisinə rəhbərlik etmək təklif olunub. “Report”un “Sky Sport Italia” nəşrinə istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssislə Albaniya Futbol Federasiyasının rəsmiləri təmasa keçib.
Ötən həftə Albaniya yığmasının hazırkı baş məşqçisi Canni De Byazi oktyabrda 2011-ci ildən tutduğu postdan gedəcəyini açıqlayıb. Yığma onun rəhbərliyi altında 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb və qrupu 3-cü pillədə başa vurub.
Heyətində “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də yer aldığı Albaniya millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində 9 xalla 3-cü pillədə qərarlaşıb və liderliyi bölüşən İspaniya ilə İtaliya kollektivlərindən 7 xal geri qalır.
Qeyd edək ki, 2014/2015 mövsümündə “Milan”a rəhbərlik etmiş Filippo İndzagi 2016-cı ildən “Venesiya”nın baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv yeni mövsümdən İtaliya B seriyasında oynayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/filippo-i-ndzagi-albaniya-millisine-rehberlik-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR