Magistraturaya qəbul olanlara XƏBƏRDARLIQ

Magistraturaya qəbul olanlara XƏBƏRDARLIQ
10:18 22 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası magistraturasına qəbul olmuş bakalavrlara xəbərdarlıq edib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar iyunun 29-dan qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), 4 ədəd fotoşəkil (3×4 sm) tələb olunur.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə,otaq 150) aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/203531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR