Bu qida toxluq hissi yaradır

Pəhrizlərdə ara yemək olaraq istifadə edilən Hindistan qozu sümükləri gücləndirir.

Metbuat.az xəbər verir ki, təzə Hindistan qozu kalsiumla zəngin olduğu üçün sümük və diş sağlamlığına çox faydalıdır. Mütəmadi istifadə edildiyi zaman orqanizmdə əmələ gələn mikrobları öldürür. Tox saxladığı üçün Ramazan ayında istifadə edilə bilər. Pəhrizlərdə ara yemək olaraq yeyildiyi zaman aclıq hissini yox edir.

Qeyd edək ki, Hindistan qozu zeytun kimi yağlıdır və yağı çıxarılaraq kosmetika növlərində, həmçinin qidalarda istifadə edilir. Hindistan qozunun hissəsi yetişdiyi tropik ölkələrdə qədim zamanlardan istifadə edilsə də, mətbəximizdə yalnız şirniyyatlar hazırlanarkən istifadə edilir.

Aysel Yaqubqızı / Metbuat.az

(Oruclu halda baş ağrılarından necə xilas olaq? -HƏKİM MƏSLƏHƏTİ)

(Oruclu halda diş ağrısından necə xilas olaq? - HƏKİM MƏSLƏHƏTİ)

(Diş fırçalamaq orucu pozur?)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR