"Barselona": Verratti olmasın, Kondoqbia olsun

"Barselona": Verratti olmasın, Kondoqbia olsun
10:42 22 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin yarımmüdafiəçisi Marko Verrattini transfer etməkdə çətinlik çəkən "Barselona" rəhbərliyi diqqəti başqa futbolçuya yönəldib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kataloniya klubu alternativ variant kimi, "İnter"in üzvü Joffrey Kondoqbia ilə maraqlanır.

"Barsa"nın transfer işləri ilə məşğul olan nümayəndəsi Ariedo Brayda qarşı tərəflə təmasa keçib. "İnter" rəsmiləri bu təklifi hələlik cavablandırmayıblar. Bununla belə, Kondoqbianın İspaniyaya köçmək ehtimalı yüksək dəyərləndirilir.
 
Qeyd edək ki, Fransa yığmasının da üzvü olan 24 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "İnter"in formasını geyinir. O, "neradzurra"nın heyətində bu vaxta qədər 56 oyunda 2 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR