Corcina Ronaldudan hamilə qalmasına aydınlıq gətirdi - FOTO

Corcina Ronaldudan hamilə qalmasına aydınlıq gətirdi - FOTO
11:12 22 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Ulduz futbolçu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqes haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 22 yaşlı ispaniyalı model portuqaliyalı hücumçudan əkiz uşaqlara hamilə qalmasını təkzib edib.

Belə ki, şayiələrin yayılmasına səbəb Rodrigesin paylaşdığı şəkillər olub. Onun İtaliyanın "Ki" jurnalı üçün etdiyi fotosessiyada qarnının böyük görünməsi pərəstişkarlarının diqqətini cəlb edib. Bəzi insanlar modelin hamilə olduğunu güman ediblər.
 
Lakin Rusiyaya səfəri zamanı Ronaldonun yenidən ata olmayacağı aydınlaşıb. Gözəllik salonunda fotoobyektiv qarşısına keçən Corcina yeni şəkilləri ilə də bunun şayiə olduğunu sübuta yetirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR