"Xəyanəti öyrəndiyim gün boşanmağa qərar verdim" - FOTO

"Xəyanəti öyrəndiyim gün boşanmağa qərar verdim" - FOTO
11:17 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Model Demet Şener 11 illik basketbolçu həyat yoldaşı İbrahim Kutluaydan boşanmasından danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Şamdan dergisi"nə müsahibə verən Demet ayrılmalarında keçmiş ərini günahlandırıb: 

"Bizimki kağız üzərində evlilik deyildi, sevgiylə dolu idi. Ona görə bu hadisə məndə şok effekti yaratdı. "İbrahim heç vaxt xəyanət etməz" deyirdim, ona çox arxayın idim. Mənim vicdanım, qəlbim rahatdır. Qəlbim qırılıb, amma heç bir peşmanlığım yoxdur. Geriyə baxmıram. Xəyanəti öyrəndiyim gün boşanmağa qərar verdim. Mən bunu qəbul edib xoşbəxt ola bilməzdim".
 
Demet ailəli olarkən bir çox iş təkliflərindən imtina etməsindən peşmanlıq duyduğunu bildirib: 

"Böyük fədakarlıqlar etdim. Özümü çox arxa plana çəkdim. Dəvətlərə, iş təkliflərinə yox dedim. İndi əsl Demetə qayıtmışam. İnsanın özünə qadağalar qoyması düzgün deyilmiş. Artıq heç kim vecimə deyil. İstədiyim həyatı yaşayacağam. İbrahimə qarşı sevgi hiss etmirəm. Bir il əvvəlki hisslərimlə indikilər fərqlidir. Bəzilərinə sevgi dolu baxışlar və gözəl duyğular bəs etmədi. Uşaqlarımız İrəm və Ömər atalarını istədikləri vaxt görürlər. Biz hələlik qarşılaşmırıq. Amma gələcəkdə hər şey soyuyacaq və görüşəcəyik". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR