Avstriyanın ATƏT-dəki nümayəndəliyi: “Atəşkəs rejiminin pozulması qəbuledilməzdir və sülh prosesini sarsıdır”

Avstriyanın ATƏT-dəki nümayəndəliyi: “Atəşkəs rejiminin pozulması qəbuledilməzdir və sülh prosesini sarsıdır”
11:27 22 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ “Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə dəfələrlə bəyan etmişik ki, atəşkəs rejiminin pozulması qəbuledilməzdir və bu, sülh prosesini sarsıdır”.
“Report” “Новости Армении-NEWS.am”a istinadən xəbər verir ki, bunu hazırda ATƏT-ə sədrlik edən Avstriyanın bu təşkilatdakı nümayəndəliyinin mətbuat katibi Helen Şpitser bildirib.
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində son zamanlar atəşkəsin pozulmasına münasibət bildirən H.Şpitser deyib: “Biz həmsədrlərin iyunun 19-da verdikləri bəyanata istinad edərək, onların vasitəçilik səylərini tam dəstəkləyirik. Onların tənzimlənmə prosesinin irəliləməsi ilə bağlı bəyan etdikləri təkliflər ATƏT-in sədri kimi bizim məsələyə yanaşmamıza tam uyğundur”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/avstriya-atet-deki-numayendeliyi-ateskes-rejiminin-pozulmasi-qebuledilmezdir-ve-bu-sulh-prosesin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR