2021-ci ilə planetdə insanların 50%-dən çoxu internetdən istifadə edəcək

2021-ci ilə planetdə insanların 50%-dən çoxu internetdən istifadə edəcək
11:35 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Şəbəkə avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Cisco” şirkətinin proqnozuna görə, 4 il sonra planetdə insanların 50%-dən çoxu internetdən istifadə edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2016-cı ilin sonuna olan məlumata görə, dünyada 3,3 milyard internet istifadəçisi qeydə alınıb. 2021-ci ilə bu göstərici 4,6 milyard nəfər (planet əhalisinin 58%-i) təşkil edəcək. “Cisco Visual Networking Index Complete Forecast” adlı hesabata əsasən, bu dövr üçün qlobal veb trafikin həcmi üç  dəfə artaraq 3,3 Zbayta yaxınlaşacaq.

“Cisco” analitiklərinin proqnozuna əsasən, 2021-ci ilə "əşyalar interneti" proqramlarını dəstəkləyən kompüterlərarası qoşulmaların payı bütün qurğu və qoşulmaların ümumi sayını (27,1 milyard) 50% ötəcək. "Ağıllı" evlər, "ağıllı" səhiyyə, "ağıllı" avtomobillər və nəqliyyat, həmçinin yeni nəsil kompüterlərarası əlaqə üzrə başqa xidmətlərlə bağlı “əşyalar interneti” innovasiyalarının inkişafı buna imkan yaradacaq.

Qlobal miqyasda yeni videoservislərin sayı 15 dəfə artacaq, 2021-ci ilə ümumi videotrafik həcmində onların payı 13%-ə yaxınlaşacaq.

Yalnız birbaşa axınlı yayım əyləncə gündəliyini formalaşdırmayacaq: virtual və artırılmış reallıq xidmətləri populyarlaşır. 2021-ci ilə VR/AR üzrə qlobal trafik 20 dəfə artacaq və dünya əyləncə trafikinin 1%-ni təşkil edəcək.

Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR