Azərbaycan gömrükçüləri oğurlanmış nəqliyyat vasitəsini saxlayıb

Azərbaycan gömrükçüləri oğurlanmış nəqliyyat vasitəsini saxlayıb
11:42 22 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən "Sərbəst dövriyyə üçün buraxılış" gömrük rejimində rəsmiləşdirmək üçün ölkə ərazisinə gətirilmiş 2016-cı il buraxılışlı "MERCEDES BENZ VİTO TOURER" markalı nəqliyyat vasitəsinə baxış keçirib.
“Report” DGK-ya istinadən xəbər verir ki, baxış zamanı maşının Rusiyada oğurlanması və axtarışda olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-ogurlanmis-neqliyyat-vasitesini-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR