Bakıda AİLƏ TV-nin ofisinə BASQIN

Bakıda AİLƏ TV-nin ofisinə BASQIN
11:49 22 İyun 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda törədilmiş quldurluq cinayətinin üstü açılıb. Lent.az xəbər verir ki, martın 15-də Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın edərək oranın gözətçisi Hüseyn Dünyamalıyevə xəsarət yetirib daha sonra içərisində 3560 manat olan seyfi, eləcə də gözətçinin mobil telefonunu və 150 manat pulunu aparan şəxs müəyyənləşdirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Kamran İsmayılov tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR