Gömrükçülər oğurlanmış nəqliyyat vasitəsini saxlayıb

Gömrükçülər oğurlanmış nəqliyyat vasitəsini saxlayıb
11:50 22 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gömrük əməkdaşları oğurlanmış nəqliyyat vasitəsini saxlayıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilmiş 2016-cı il buraxılışlı "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.

Baxış zamanı "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinin Rusiyada oğurlanması və axtarışda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2769515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR