Oğurluq avtomobil gömrükdə saxlanıldı - FOTOLAR

Gömrük əməkdaşları oğurlanmış nəqliyyat vasitəsini saxlayıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilmiş 2016-cı il buraxılışlı "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.

Baxış zamanı "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinin Rusiyada oğurlanması və axtarışda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR