Şamaxı sakini həmyerlisi tərəfindən bıçaqlanıb

Şamaxı sakini həmyerlisi tərəfindən bıçaqlanıb
12:02 22 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı. 22 iyun. REPORT.AZ/ Şamaxı rayonunda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.
"Report" xəbər verir ki, rayon sakini Tariyel Novruzov bıçaqlanıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, T.Novruzov əməliyyat olunub, vəziyyəti orta-ağırdır.
Şamaxı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı T.Novruzovu bıçaqlamaqda şübhəli bilinən rayon sakini Gülqardaş Hüseynov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samaxi-sakini-hemyerlisi-terefinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR