Tarix dərsliyi ətrafında qalmaqal BÖYÜYÜR - Müəllifdən ŞOK SÖZLƏR

Tarix dərsliyi ətrafında qalmaqal BÖYÜYÜR - Müəllifdən ŞOK SÖZLƏR
12:03 22 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Tarix İnstitutunun elmi işçisi, tarixçi-alim Leyla Hüseynova 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin plagiat olması ilə bağlı səsləndirdiyi fikirlər və onun ətrafındakı müzakirələr bir neçə gündür mətbuatın gündəmindədir. Bu il tenderdə qalib olan dərslik layihəsi müəlliflərindən biri - Kamran Əsədovun cavabından sonra L.Hüseynova daha bir məqalə yayımladı.

Bu dəfə isə dərslikdə 8-ci sinif "Azərbaycan tarixi" məlumatlarının mənimsənildiyini, mənbə kimi Musa Kalankatlıya əsaslanmalarını, hətta ermənilərin qədim dövlətə malik olmaları barədə çaşdırıcı məlumatların yer ayırmaqda müəllifləri ittiham edib.

L.Hüseynovanın bu məqaləsindəki iradlara dərslik müəllifi Kamran Əsədov cavab verib: “Opponentlər uzun illərdi tədrislə məşğul olan, dərsliklərin ekspertizasını həyata keçirən, müəllif komandaları ilə yaxşı tanış olan layihə müəlliflərini savadsız, düşmən adlandırırlar. Məmmədəli Hüseynovun xatirəsinə məqalələr yazanı ona qarşı sayğısızlıqda günahlandırır, “homo sapiens sapiens” (vergülsüz, iki dəfə: ağıllı ağıllı insan) ifadəsindəki təkrarı qüsur, səhv hesab edir, qədim dövlət qurumlarımızın yaranmasında İkiçayarası (Şumer) ilə mədəni-iqtisadi əlaqələrin təsirini həqarət sayır, erkən tayfalarımızın Şumerlə mal mübadiləsi aparmasını bilə-bilə “Şumer bazarına mal aparanlar” adlı ən uğurlu hesab etdiyimiz təsvirə belə kinayə ilə “bu şəklin nə mənası var” deyirlər… Hər işdə niyyətdən asılı olaraq düşmən tapmaq olar. Məsələn, hörmətli rəyçilərimizin məntiqi ilə çıxış edib soruşuruq: Dünya elmi ədəbiyyatında artıq “homo georgicus” (gürcü insanı) adını almış bir tapıntının Azərbaycanın tarix dərsliklərinə salınmasını təkid etməkdə məqsəd nədir? Bədxah qonşuların gündə bir əsər yazıb irsinə sahib çıxmaq istədikləri Aratta haqqında qısa mətnin dərsliyə salınmasına niyə belə kəskin etiraz edirsiniz? Müəlliflərdən bunun izahını tələb etmək məgər çətin idimi? Nəzərə çatdırırıq ki, “En-Merkar və Aratta hökmdarı” adlı Şumer əfsanəsinin ilk tədqiqatçısı C.Kramer, tanınmış alimimiz Y.Yusifov (xüsusilə: VDİ, 1987, № 1, s.19-40), onun ardınca T.Qamkrelidze, V.İvanov və b. Arattanı məhz qədim Azərbaycan torpaqlarında, Zaqros dağ silsiləsinin mərkəzində, Urmiya gölü hövzəsində lokallaşdırıblar. Bu fikrə qarşı çıxanlar yalnıq alibiləri olub. Qədim dünyada lacivərd (lazurit) qiymətli daşı Əfqanıstanda (Bədəxşanda) olub. Lakin bu mülahizə tərəfdarları nəzərdən qaçırırlar ki, kiçik Uruk şəhəri bu qədər uzaq məsafədə olan ölkəyə qoşun göndərə, oranı işğal edə bilməzdi. Azərbaycanda – Səhənd dağında hələ qədimdən lacivərd yataqlarının olması haqqında orta əsr mənbələrində məlumatlara rast gəlməyimiz Aratta ilə bağlı fikirimizə bir daha aydınlıq gətirib. “Toxa əkinçiliyi” ilə bağlı rəydə səslənən fikirdə də səmimiyyəti görmürük. Bununla bağlı mübahisələri nəzərə alaraq mətndə belə əkinçiliyin Eneolit dövründə yaranmasından deyil, inkişafından bəhs etmişik. Hələ ki, aparılan tədqiqatlar Azərbaycan ərazisində hələlik toxa əkinçiliyinin Neolit dövründə yaranmasını təsdiq edəcək nümunələr verməyib. Toxaşəkilli daş alətlər, sürtgəclər və s. isə əsasən yabanı bitkilərin toplanması, əzilməsi, yumşaldılması üçün istifadə olunub”.

K.Əsədov həmmüəllifi olduğu dərsliyin plagiat olmadığı üzərində dayanır və materialları hansı mənbələrdən götürdüklərini açıqlayıb: “Hörmətli həmkarlar fikir bildirməzdən əvvəl heç olmazsa, Tarix institutunun nəşrlərinə göz gəzdirərdilər. Bu zaman onlar rəy verdikləri və məsuliyyətsiz halda “plagiat” adlandırdıqları layihədən danışmazdan əvvəl nümunə gətirdikləri dərsliklərin haradan köçürüldüyünün fərqinə varardılar. Rəylərdən elə təəssürat yaranır ki, Tarix institutunun nəşrlərindən yalnız bu institutun əməkdaşları dərslik yazarkən bol-bol istifadə edə, istədikləri mənbəni, materialı olduğu kimi köçürə bilərlər. Başqalarının isə bu yöndə düşünməsinə belə tabu qoyulur. Etiraf edirik ki, kiçik bir qrupun bütöv bir institutun BDU-dakı həmkarkarı ilə birlikdə apardıqları təbliğat qarşısında müqavimət göstərməsi həqiqətən çətindir. Amma bu müzakirələr ölkəmizdə tarix dərsliklərinin yazılması yollarına, təcrübəsinə yenidən nəzər salmağın, onların nə dərəcədə etibarlı olduğunu, necə, nə şəkildə yazıldığını, materialların mənbələrini araşdırıb yeni yayım üsullarından istifadə etməklə təhsil ictimaiyyətinə çatdırmağın zəruriliyini ortaya çıxardı.

Tarix institutunun rəyində Azərbaycan tarixi layihəsindəki bəzi mövzuların mətnindəki parçaların digər dərsliklərdən götürüldüyü iddia olunur. Aşağıda həmin dərsliklərdə “oğurluğa məruz qalan” materialların özünün haradan köçürüldüyünə dair bir neçə əyani nümunə göstəririk.

Monqollar

Buradakı tərcümə səhvi də (“sənətkar kəndlilər içərisində” yox, ”sənətkarlar və kəndlilər arasında” olmalıdır) uzun illərdir ki, təkrarlanır”

K.Əsədov dərslikdə xəritələrin qüsurlu olması iddialarına da aydınlq gətirib: “10-cu sinif "Azərbaycan tarixi” dərslik layihəsi ilə bağlı tarixçi Dilavər Əzimli xəritələrin çoxu qüsurlu olduğunu deyir. Hörmətli müəlimim və gözəl tarixçimizin nəzərinə çatdırmaq istəyirəm ki, həmmüəllifi olduğum dərslikdə istifadə olunmuş xəritələr Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və AMEA-nın bütün aidiyyəti qurumlarının iştirakı ilə nəşr edilmiş “Azərbaycan Respublikasının Milli Atlası”ndan istifadə olunub. Belə çıxır ki, tarixçi Dilavər Əzimli AMEA-nın nəşr etdirdiyi “Azərbaycan Respublikasının Milli Atlası”nı elmi hesab etmir və o akademiklərin fəaliyyətini qüsurlu hesab edir. Hörmətli tarixçi Dilavər Əzimliyə xatırladım ki, o Atlasın hazırlanmasında hamımızın ağsaqqalı, həqiqi vətənpərvər, tarixçi Akademikimiz Yaqub Mahmudovunda misilsiz xidmətləri var. Belə çıxır ki, Dilavər müəllim onun da fəaliyyətini qüsurlu hesab edir.

Bundan əlavə dərslik tenderində məğlub olmuş digər şəxs Leyla Hüseynova adlı birisi dərslikdə məqaləsində yazıb ki, dərslikdə "böyük Ermənistan” olduğuna əsassız arqument verən sətirlər olduğunu iddia edir. Mən onun yazdığından belə qənaətə gəldim ki, bu şəxsin tarixdən xəbəri yoxdur və hörmətli Akademikimiz Yaqub Mahmudovun redaktoru və müəllifi olduğu dərslikləri, o cümlədən VII sinif Azərbaycan Tarixi dərsliyini şübhə altına alır.

Leyla Hüseynovaya tövsiyyə edirəm ki, Tarix İnstitutunun direktoru, Akademik, Millət Vəkili Yaqub Mahmudovun müəllifi olduğu kitabları, və o cümlədən 525-ci qəzet.- 2015.- 4 iyul.- S.22.-də Azərbaycanın dövlətçilik tarixində Albaniya fenomeni məqaləsini, akademik Ramiz Mehdiyevin müəllifi olduğu "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" (rus dilində) kitabı, VII cildlik Azərbaycan tarixi kitabını oxusun. Orada Mənbələr sırasında Musa Kalankatlının Alban tarixi əsərinin adı çəkilib. Burdan mənbənin qoyulamsında nə qəbahət var?

Mən belə başa düşdüm ki, yuxarıda dını çəkdiklərim öz rəhbərlərinin fəaliyyətinə mənfi qiymət veriblər. Çünki biz dərslik hazırlanarkən onların redaktoru, müəllifi olduğu kitab, monoqrafiya və dərsliklərə istinad etmişik”.

Dərsliklərlə bağlı növbəti BİABIRÇILIQ: müəlliflər üz-üzə

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR