Məumat sızmasına qarşı keçirilən görüşdən 1 saatlıq səs yazısı sızdırıldı

Məumat sızmasına qarşı keçirilən görüşdən 1 saatlıq səs yazısı sızdırıldı
12:05 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Son illərdə sızıntı problemləri, sözün əsl mənasında, "Apple"ın başına dərd olub.

Milli.Az technote.az-a istinadla bildirir ki, yeni modeli təqdim etmədən öncə mətbuata sızan məlumatlar, rəqiblər tərəfindən anında dəyərləndirilir. Hətta bəzi çinli firmalar bu yeniliklər tanıdılmadan öncə "Apple"ın gətirəcəyi yenilikləri tətbiq edib, yeni model telefon istehsal edirlər. Bütün bu problemləri aradan qaldırmaq üçün "Apple"ın qlobal təhlükəsizlik şöbəsinin rəbəri David Rice rəhbərliyi altında "Stopping Leakers- Keeping Confidential at Apple" adlı daxili görüş keçirilib. Lakin işin maraqlı tərəfi odur ki, bu görüşdən 1 saatlıq səs yazısı sızdırılıb. Görünən odur ki, Apple bu mövzuda hələ çox iş görməlidir.

Rice çıxışında Apple istehsal fabrikində çalışan işçilərin ağıllara gəlməyəcək oğurluq yöntəmlərindən də danışıb. Bu yöntəmlər arasında, telefonu tualetə atıb, sonra onu kanalizasiya sistemindən geri çıxaran işçilərdən tutmuş, qadınların qutuları büstqalterlərinə gizlətməklərinədək metodlar var.

Bu səbəbdən işçilərin əmək haqqlarının artırılması haqqında düşündüklərini vurğulayan Rice oğurluq məhsullara görə bəzən işçilərin 1 illik maaşları miqdarında zərər ödədiklərini ön plana çəkib. Belə ki, hazırda Apple fabrikində istehsal ilə məşğul olan işçilərin orta əmək haqqı aylıq 350 dollardır.

Bundan əlavə şirkət daxilində çalışan 2 nəfərin müxtəlif bloglara məlumat ötürməsini də pisləyib. Lakinin bunu anlayışla qarşıladıqlarını da vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR