Məscid yaxınlığında partlayış

Məscid yaxınlığında partlayış
13:21 8 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada son bir sutka ərzində 3-cü insident baş verib. ANS PRESS-in Frans Press-ə istinadla verdiyi məlumata görə, bu gün səhər saatlarında restoranda partlayış baş verib. Hadisə ölkənin şərqində Vilfranş-syur-Son şəhərindəki məscidin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.
Hələlik faktla bağlı başqa məqamlar açıqlanmır.

Xatırladaq ki, ötən gün 3 silahlı "Charlie Hebdo" jurnalının redaksiyasına basqın edərək 12 nəfəri öldürüb, 11 nəfəri yaralayıblar. Ölənlərdən 4-ü karikaturaçı jurnalistlərdir. Onlardan biri təslim olsada, digər iki nəfərin - qardaşların axtarışı davam edir.

Bu gün səhər isə naməlum kişi polisə atəş açıb. Nəticədə iki polis ağır yaralanıb. Silahlı şəxs saxlanılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR