Diqqətli OLUN: evinizə girib, sizə gizlicə BUNU EDİRLƏR

Diqqətli OLUN: evinizə girib, sizə gizlicə BUNU EDİRLƏR
12:13 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Son günlər Bakı kəndlərində səyyar həkim adı ilə şəxslərin evlərə gələrək şəkərli diabet yoxlaması barədə məlumat yayılıb. Məlumatlarda bildirilir ki, bu şəxslər diabeti yoxlamaq adı ilə insanlara QİÇS xəstəliyini yoluxdurur. Hətta bir sıra sosial şəbəkələrdə bununla bağlı xəbərdarlıq edici məlumatlar da yayılır.

Məsələ ilə bağlı Publika.az-a məlumat verən Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova belə məlumatdan xəbərdar olsalar da, bunun həqiqəti əks etdirmədiyini deyib:

“Bunlar Vatsapda yayılmış yalan məlumatlardır. Bu məlumatı araşdırdıq. Heç kimin evinə gedib, şəkərli diabeti yoxlanması, QİÇS-ə yoluxdurulması faktı yoxdur. Ümumiyyətlə, indi kim tanımadığı şəxslərə qapını açır? Adətən, belə hallar olanda insanlar nazirliyə də müraciət edirlər. Lakin bu cür müraciətlər də qeydə alınmayıb. Yəni həmin xəbərlərin heç bir əsası yoxdur”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/203558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR