Akademiklər təklif etdi, Tramp oğurladı: "Gözəl ideyadı, elə deyilmi, mənimdi"

Akademiklər təklif etdi, Tramp oğurladı: "Gözəl ideyadı, elə deyilmi, mənimdi"
12:13 22 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Prezident kürsüsünə əyləşdiyi vaxtdan bir çox vədlər verən ABŞ prezidenti Donald Tramp Meksika sərhədində inşa edəcəyi divarla bağlı yeni fikirlərini açıqlayıb.

Publika.az xəbər verir ki, bu günə qədər vəd etdiyi divar haqqında heç bir təşəbbüs göstərməyən Tramp daha əvvəl bir neçə dəfə gündəmə gətirilən "günəş divarı" layihəsini öz fikri kimi təqdim edib:

"Yaxşı fikirdir, elə deyilmi? Mənim ideyamdır. Çox günəşli və çox isti hava şəraitinin hökm sürdüyü cənub sərhədindən danışırıq. Divarı bir günəş divarı kimi inşa etməyi düşünürük. Beləliklə, divar enerji istehsal edərək özü öz xərcini çıxaracaq. Meksika isə divar üçün çox daha az maliyyə ayrmış olacaq. Əla deyilmi?" - dey.

Trampın dəfələrlə özünə aid olduğunu bildirdiyi "günəş panelləri" layihəsini Las-Veqasda "Gleason Partners" adlı şirkət təklif edib. Onların layihəsi dizayn olaraq polad, sement və günəş panellərindən ibarət idi.

Bundan başqa, "Wall Street" jurnalının mart ayında dərc olunan buraxılışında iki akademik tərəfindən Meksika sərhədində inşa edilməsi planlaşdırılan divara "günəş panelləri"nin yerləşdirilməsi təklifi irəli sürülüb.

Tramp seçki kampaniyası ərzində qanunsuz miqrasiya və narkotik ticarətini dayandırmaq məqsədilə ABŞ və Meksika arasında böyük divarın inşası ilə bağlı maliyyəni Meksika hökumətindən alacağını dediyi üçün qarşı tərəf təklifi rədd etmişdi.

Aprel ayında isə Trampın Konqresə təqdim etdiyi büdcə layihəsində Meksika sərhədində inşa ediləcək divarın büdcəsini tələb etmişdi.

Könül Cəfərli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR