Tovuzda dolunun FƏSADLARI - 1120 ha sahəyə ziyan dəydi, 2834 evi su basıb

Tovuzda dolunun FƏSADLARI - 1120 ha sahəyə ziyan dəydi, 2834 evi su basıb
12:22 22 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunun kəndlərinə dolu düşməsi nəticəsində evlərə və təsərrüfatlara ciddi ziyan dəyib.

Bu barədə Trend-ə Tovuz rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, rayona düşən dolu 8 kənddə evlərə və əkin sahələrinə ziyan vurub:

"İyunun 10-da düşən dolu nəticəsində rayonun 8 kəndi - Əlimərdanlı, Qaraxanlı, Xatınlı, Qədirli, Cilovdarlı, Aşağı Mülkülü, Cəlilli və Düz Cırdaxan kəndlərində evlərin dam örtükləri və pəncərələri sıradan çıxıb. İyunun 20-də isə yağan güclü yağış və dolu həmin evlərə növbəti dəfə ciddi ziyan vurub".

Qeyd olunub ki, təbiət hadisəsi nəticəsində ümumilikdə 2834 evin dam örtüyü dağıldığından evlər su ilə dolub. Hazırda rayon Fövqəladə Hallar Nazirliyi ərazilərdə tədbirlər görür.

Komissiyadan bildiriblər ki, dolu kəndlərdəki əkin sahələrinə də ciddi ziyan vurub.

Həmin kəndlərdə aşağıda adları göstərilən kənd təsərrüfatı bitkilərinə 1120 ha sahədə ziyan dəyib:

Yonca – 49 ha
Buğda – 439 ha
Arpa – 64 ha
Üzüm – 143 ha
Meyvə bağı – 110 ha
Kartof – 164 ha
Pomidor – 45 ha
Qarğıdalı – 52 ha
Çuğundur – 33 ha
Tütün – 5 ha
Lobya – 8 ha
Kök – 8 ha

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR