Play Store

Olimpiadanın sponsoru dəyişdi - 41 il sonra

Olimpiadanın sponsoru dəyişdi -   41 il sonra
12:27 22 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

"McDonalds"ın 41 ildi davam edən Olimpiya Oyunlarına sponsorluğunu başa çatdırmasından sonra yarışın yeni sponsoru müəyyənləşib. Fanat.Az xəbər verir ki, bundan sonra Olimpiya Oyunlarına ABŞ-ın texnologiya nəhəngi "Intel" sponsorluq edəcək.


"İntel" və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) yaydığı birgə açıqlamada bildirilir ki, sponsorluq anlaşması 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimiya Oyunlarını, Yaponiyada təşkil olunacaq 2020 Yay Olimpiya Oyunlarını, 2022-ci ildə Çində keçiriləcək Qış Olimpiya Oyunlarını və hələlik ev sahibi müəyyənləşməyən 2024-cü il Yay Olimpiya Oyunlarını əhatə edəcək. 


Bildirilir ki, "İntel" hər 4 il üçün Beynəlxalq Olimpiya Komitəsinə təxminən 100 milyon dollar ödəyəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-olimpiadann-sponsoru-dyidi-t58843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR