Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib - FOTO

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib - FOTO
12:27 22 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR