Bakı trasında risk var

Bakı trasında risk var
12:32 22 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bununla 2-ci dəfədir ki, Bakıdayam. Ötən il mənim üçün çətin oldu. Bu, səhər halqasıdır, problem yarada bilər. Bu il 3 podium qazanmışam. Bu bir çağırışdır. Burada risk var. Bu risk müqabilində nəsə qazana bilərik.

Milli.Az xəbər verir ki bunu Red Bull Racing komandasının Formula 1 yarışları falı pilotu Daniel Rikardo Bakıda Azərbaycan Qran Prisinə ərəfəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakıda podiumda yer qazanmağa çalışacaq: "Burada döngələrə daxil olma sürəti fərqlidir. Trasa çıxanda super diqqətli olmalıyıq. Cunki ötən il insident olmuşdu. Bu trasda bir çağırışdır. Bu, onu maraqlı və unikal edir. Çalışacam ki, burada da podiumda yer tutum".

Pilot qeyd edib ki, o, burada sürət rekordunu vurmağa çalışacaq: "Çalışacağam rekordu vuram. Amma bu küləkdən də çox asılıdır. Külək arxadan əssə, bu mümkündür. Amma, məncə, bu il sürət daha aşağı olacaq. Bakı trasında bəzən Valensiya trasında da xatırladır, amma bura daha unikaldır. Bakıda yarışmaq çox maraqlıdır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR