Sənubər İsgəndərlidən həmkarına: "Mənə olan sevgini qəbiristanlıqda basdırdım" - VİDEO - FOTO

Sənubər İsgəndərlidən həmkarına: "Mənə olan sevgini qəbiristanlıqda basdırdım" - VİDEO - FOTO
12:37 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Sənubər İsgəndərlidən həmkarına: "Mənə olan sevgini qəbiristanlıqda basdırdım" - VİDEO - FOTO

"Onu sevməyim alındı, amma 3 aylıq oldu" 

ARB TV-nin "Gəlin danışaq" proqramının qonağı olan əməkdar artist Əjdər Həmidov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, proqram zamanı əməkdar artistin rol aldığı "Kişi sözü" filmindən qəbiristanlıqda çəkilən səhnə yayımlanıb. 
Həmin filmdə aktyorun tərəf müqabili olan xalq artisti, aktrisa Sənubər İsgəndərli müsahibə zamanı həmkarı barəsində ürək sözlərini bölüşüb:

"Əjdərlə ikimizin debütü olub filmdə. İkimiz də eyni həyəcanı keçirirdik. Film, kamera nə idi bilmirdik. O vaxtdan başlayan dostluğumuz, artıq 30 il keçib üzərindən, amma hələ də davam edir. Heç vaxt şöhrət başını gicəlləndirməyib. Əjdər elə odur. Çəkisi belə artmadı. Xarici görkəmi belə dəyişmədi. Əjdər, mənə olan sevgini qəbiristanlıqda basdırdım. Amma o "Qasımçik" idi. Bilirəm ki, mənə olan dostluğun sənin ömürlükdür. Çünki bu qarşılıqlıdır. Sənə xəstəlik yaraşmır. Heç vaxt xəstələnmə".

Bu sözləri eşidən aktyor, Sənubər xanımın sözlərinə qüvvət olaraq, həmin filmdən söz açıb:
"Mən eşidəndə ki, tərəf müqabilim Sənubər xanım olacaq, çox sevindim. Rejissor Cahangir Mehdiyev mənə dedi ki, sevinməyin hələ azdı. Mən istəyirəm ki, sən Sənubəri sevəsən. Mən də dedim ki, sevmək "zakazla" deyil ki, gərək hislər olsun. Dedi ki, yox, bacar sev. Yoxsa alınmayacaq. Amma alındı. Sevgimiz filmin sonunda bitdi. 3 aylıq sevgi idi".

Milli.Az
 

Videonu izləmək üçün şəklə klikləyin:

Sənubər İsgəndərlidən həmkarına: "Mənə olan sevgini qəbiristanlıqda basdırdım"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/556644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR