"Gəncəbank" əmanətçilərinə təzminatların ödənilməsinə start verilir

"Gəncəbank" əmanətçilərinə təzminatların ödənilməsinə start verilir
12:43 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bu gündən etibarən ləğv prosesində olan "Gəncəbank" ASC-nin növbədə 7-ci sırada dayanan təminatsız əmanətçilərə təzminatların ödənişinə başlayır.

Trend bu barədə Fonda istinadən məlumat verir.

Bundan başqa, yuxarı sıralarada dayanan əmanətçilərin də təzminatları tam şəkildə ödəniləcək.

Ödənişlər ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında və Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinin Müştəri Xidməti şöbələrində həyata keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR