Məleykə: "Məni ruhdan salmaq üçün dedi-qodu yayanlar..."

Məleykə: "Məni ruhdan salmaq üçün dedi-qodu yayanlar..."
12:47 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti Məleykə Əsədova 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "10-dan sonra" verilişinin qonağı olan aktrisa həmin şəkillərin müqavilə əsasında qutulara vurulduğunu deyib: 

"1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi. Qutulara mənim rəsmlərim vurulurdu, amma bir-iki ildən sonra dayandırdım, icazə vermədim. Özü də tapşırırdım ki, mənim şəklim olan qutularda keyfiyyətli şokoladlar olsun. Mələkxanım Əyyubovanın da şəkilləri vurulurdu. Amma sonra şəkillər çoxaldı, biz istəmədik". 

Məleykə Əsədova gözəlliyinin genetika ilə bağlı olduğunu deyib: 

"Gözəlliyimin səbəbi genetikamdır, anamdan, atamdan keçən qandır. Mən hər şeydə gözəllik axtarıram. Pis nə varsa, ondan qaçıram. Məni ruhdan salmaq üçün dedi-qodu yayanların xəbərləri yoxdur ki, onlara gülürəm və ruhlanıram. Daha da yeni obrazlar, şeirlər, musiqi gələcək. Sentyabrda yeni obrazımla mövsümü açacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/556664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR