Qaqauz muxtariyyətinin başqanı Bakıda həmvətənləri ilə görüşüb

Qaqauz muxtariyyətinin başqanı Bakıda həmvətənləri ilə görüşüb
12:52 22 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Moldovanın Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daimi qaydada Azərbaycanda yaşayan moldovalılarla görüşüb.
"Report" başqanın rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Moldova diasporunun nümayəndələri həm moldovalı, həm də qaqauz rəssamların və ya ansamblların Azərbaycana tez-tez gəlmələrinin istədiklərini bildiriblər.
Öz növbəsində, İ.Vlax ötən əsrin 90-cı illərində muxtariyyətdən olan bir çox gənclərin müqavilə üzrə Bakıya təhsil almağa getdiklərini vurğulayıb. "Son 15 ildə bu proqram fəaliyyət göstərməyib, ona görə də qaqauzlarla əlaqə itib. Bu səbəbdən həmvətənlərimizlə görüşümüz çox səmimi mühitdə keçdi. Vətəndən kənarda yaşayan qaqauzlar evdə baş verənlərlə yaxından maraqlanır. Onlar Qaqauz muxtariyyətinin maraqlarını yeni vətənlərində - Azərbaycanda təşviq etməyə hazırdılar", - başqan deyib.
Qeyd edək ki, İ.Vlax prezident kimi ilk dəfə Bakıya təşrif buyurmuş Moldovanın dövlət başçısı İqor Dodonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdədir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qaqauz-muxtariyyetinin-basqani-bakida-hemvetenleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR