Azərbaycan klubunun büdcəsi rumınları qorxuya salıb

Azərbaycan klubunun büdcəsi rumınları qorxuya salıb
12:57 22 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Komandamız üçün yeni mövsüm çətin olacaq. Deyərdim ki, bəxtimiz də gətirmədi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Rumıniyanın "Ştiinta" klubunun baş məşqçisi Florin Qrapa deyib.

Təcrübəli mütəxəssis "Çelenc Cup"ın 2017/2018 mövsümü ilə bağlı fikrini açıqlayıb. 1/16 finalda Bakının "Azərreyl" klubu ilə qarşılaşacaq komandanın baş məşqçisi püşkdən razı qalmayıb.
 
Yeni mövsümdə iddialı olacaqlarını deyən Qrapa bildirib ki, "dəmiryolçular"ın büdcəsi onlarla müqayisədə yüksəkdi: "Azərreyl" maliyyəsi yüksək olan effektiv rəqibdi. Buna baxmayaraq, biz də özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Çalışacağıq ki, istəyimizi ortaya qoyaq".
 
Qeyd edək ki, komandamız Rumıniya çempionatının 4-cüsü ilə ilk oyununu dekabrın 12-14-də səfərdə keçirəcək. Cavab matçı isə gələn il yanvarın 9-11-i aralığında Bakıda olacaq.
 
Super Liqanın gümüş medalçısı olan "dəmiryolçular" mərhələ adlayarsa, "Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibini sınağa çəkəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR