Çexiya milli komandasının futbolçusu “Yuventus”a keçir

Çexiya milli komandasının futbolçusu “Yuventus”a keçir
13:02 22 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ İtaliya A seriyasının qalibi “Yuventus” klubu Çexiya milli komandasının futbolçusu Patrik Şiki transfer edir. “Report”un Turin təmsilçisinin rəsmi saytına istinadən verdiyi məluma görə, 21 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün klubun bazasına gəlib.
Onunla bu gün 3 illik rəsmi müqavilə bağlanılacağı gözlənilir.
Qeyd edək ki, Patrik Şik müqavilə ilə İtaliyanın “Sampdoriya” klubuna məxsusdur. “Yuventus”un çexiyalı hücumçunun transferi üçün Genuya təmsilçisinə 30,5 milyon avro ödəyəcəyi bildirilir. 21 yaşlı forvard ötən mövsüm “Sampdoriya”nın heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cexiya-milli-komandasinin-futbolcusu-yuventus-a-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR