Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR - FOTO

Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR - FOTO
13:05 22 İyun 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

May ayında Bakı şəhərinin Nəsimi rayonunda yaşadığı binadan özünü ataraq intihar edən Susana Şərifovanın anası hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı, əslində, intihar etməyib, öldürülüb. O, nəvələri Nərgizin və Nəzrinin onun himayəsinə verilməsini də xahiş edib:

"Mən Şərifova Olqa Alekseyevna. Mənim qızımı Şərifova Susana Şakir qızını öldürüblər. Onun qatilləri Baxşıyev Əbülfəz Yusif oğlu Baxşıyeva Simuzər Abdulla qızıdır. Onlar qızımı azyaşlı qızı Nərgizin gözü önündə dəfələrlə vəhşicəsinə döyüblər, təhqir ediblər, şərəf və ləyaqətini alçaldıblar. Əbülfəz Nərgizi aparıb küçələrdə narkotik almaq üçün uşağı guya xəstə kimi qələmə verirdi, Susana bunlardan narazı qaldığı üçün döyülürdü. Simuzərin təklifi ilə Əbülfəz azyaşlı Nərgizin gözü önündə Susananın zorla saçını qayçıyla qırxıb. Onu və uşaqları evdə dustaq ediblər. Qızım hüquqlarını müdafiə etmək üçün onlara deyib ki, sizdən hüquq mühafizə orqanlarına şikayət edəcəm. Amma Simuzər onu qorxudub ki, "Sizin üçün bura Avropa və ya Rusiya deyil, bura Azərbaycandır, mən məşhur şairəyəm, məni hamı tanıyır. Qızlarım İsveçrədə yaşayır, onların bir zəngi bəsdir"".
 
Olqa Şərifova qeyd edib ki, qızı üzləşdiyi əməllərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Qızım özünün və uşaqlarının hüquqlarının müdafiəsi üçün bir il ərzində hüquq-mühafizə orqanlarına döyülmələri barədə, tibbi rəylərlə birgə müraciət edib. Uşaqların onlardan alınması üçün məhkəməyə iddia ərizəsi verib. Amma Simuzərin dedikləri düz çıxıb, qızımın müdafiəsi üçün heç bir köməklik göstərilməyib. 15 may tarixində isə Simuzər və Əbülfəz Sunananı yenə vəhşicəsinə döyərək, saçlarını zorla kəsib. Daha sonra onlar qızımı Bakı şəhəri, Nəsimi rayonu Mərdanov Qardaşları, ev 20, mənzil 20 ünvanının eyvanından itələyərək atıb öldürüblər. Mənim, ailə üzvlərimin və nəvələrimin insan hüquqları pozulur. Əbülfəzi sanksiya ilə 3 aylıq həbs ediblər, amma Simuzəri cinayətə cəlb etməyiblər. Qızımın uşaqlarını həmin qadın bizdən gizlədir. Həmin qadında uşaqların qalması çox təhlükəlidir. O, uşaqlara qorxu gəlir, onların psixologiyasını pozur. Xahiş edirəm, uşaqları bu insanların ümidinə buraxmayın".
 
Şikayətçi əlavə edib ki, əlində qızının ölüm anını əks etdirən video-görüntü var: "Biz o videonu Nəsimi Rayon Prokurorluğuna yollasaq da, bununla əlaqədar heç bir tədbir görülməyib".
 
Sözügedən sayt hüquq-mühafizə orqanlarına təqdim edilmiş həmin video ilə maraqlanıb. Hüquq-mühafizə orqanlarından bildirilir ki, görüntülərdə Susana Şərifovanın qayınanası Simuzər Baxşıyevanın eyvandan düşmək üzrə olan gəlinin yanında olduğu, lakin onu itələmədiyi əks olunur. S.Baxşıyeva isə ifadəsində deyib ki, həmin vaxt özünü eyvandan atan Susanaya kömək etməyə çalışıb, lakin bunu bacarmayıb.
 
Qeyd edək ki, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. S.Şərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev şübhəli şəxs qismində tutulub və barəsində istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR