Zaxarova Dağlıq Qarabağdan danışdı

Zaxarova Dağlıq Qarabağdan danışdı
13:08 22 İyun 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

Regiona səfərinin nəticələrinə görə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilən bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı mövqeyini tamamilə əks etdirir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Minsk qrupunun həmsədrlərinin bəyanatında həmçinin Rusiya mövqeyi və regionda baş verənlərlə bağlı son qiymətləndirmələr əks olunub”, - Zaxarova bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mövzusu daim Rusiya Xarici İşlər Nazirliyinin diqqət mərkəzindədir. Zaxarova həmçinin bildirib ki, iyunun 20-də Rusiya və Fransa xarici işlər nazirləri – Sergey Lavrov və Jan-İv le Drianın Moskva görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi müzakirə edilməyib.

Ömər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR