"Vətən" komandası Vyanada beynəlxalq futbol turnirində uğurla çıxış edib

"Vətən" komandası Vyanada beynəlxalq futbol turnirində uğurla çıxış edib
13:15 22 İyun 2017
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

16-19 iyun 2017-ci il tarixlərində “Vətən” RİOEUG futbol məktəbinin U10 komandası həmin yaş üzrə Avstriyanın paytaxtı Vyanada keçirilmiş dünyanın ən böyük futbol yarışı - “Champions trophy 2017” beynəlxalq futbol turnirinin final mərhələsində iştirak edib.

1000 komandanın qatıldığı turnirin final mərhələsində, hər qrupda 8 olmaqla 16 qrupa bölünən iştirakçılar çempionluq uğrunda mübarizəyə başlayıb. 128 seçmə heyətin gərgin mübarizəsi 3 mərhələdə davam edib.

“Vətən” turnirə Türkiyənin “Altınordu” komandası ilə birgə təlim-məşq toplantısı keçirdikdən sonra İzmirdən yola düşüb.

Əvvəlcə komandalar müvafiq qruplarda bir-biriləri ilə qüvvəsini sınayıb. Hər qrupda ilk iki, III və IV, eləcə də V, VI, VII-VII yerlər ayrı-ayrılıqda mübarizəni bu mərhələdən davam etdirib. “Vətən” A qrupunda yer alıb. Bu mərhələdə keçirdiyi 7 oyunda (3 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə) 10 xal toplayaraq mübarizəni 3 və 4-cülər (33–64-cü yerlər) arasında davam etdirib.

"Vətən" komandasının keçirdiyi oyunlar:

I. SPG INNSBRUCK WEST (AUSTRIA) 0-3 VATAN
II. VATAN 1-2 TUTIN (SERBIA)
III. OLIMPIJA LJUBLJANA (SLOVENIA) 1-1 VATAN
IV. VATAN 8-1 SC BRUNN/GEB. (AUSTRIA)
V. FC STADLAU (AUSTRIA) 3-2 VATAN
VI. VATAN 4-1 FC SLOVACKO (CZECH R.)
VII. VATAN 0-1 ATLETICO MADRID (SPAIN)

1-ci CEDVEL

Bu mərhələdə komandalar 4 komandadan ibarət 8 qrupda mübarizəni davam etdiriblər. “Vətən” qrupda keçirdiyi 3 oyundan topladığı 5 xalla 49-56-cı yerlər uğrunda reytinq oyunlarına çıxıb.

Xatırladaq ki, bu mərhələdə ilk üç pillədə olan komandalar 5 xal toplasa da, turnirin reqlamentinə əsasən "Vətən" eyni xal toplamış rəqiblərinə nisbətən top fərqinə görə 49-56-cı yerlər uğrunda mübarizə aparıb.

FK SARAJEVO (BOSNIA AND HERZEGOVINA) 0-0 VATAN
VATAN 3-0 LASK (AUSTRIA)
VATAN 0-0 SV WIENERBERG 1921 (AUSTRIA)

2-ci CEDVEL

Turnirin 3-cü yekun mərhələsi hər qrupda 3-cü yeri tutmuş komandalar (8 komanda) arasında olimpiya sistemi əsasında davam etdirilib. Bu mərhələdə “Vətən” sona qədər irəliləyərək 49- 56-cı yerlər arasında ən yaxşı nəticəni göstərib.

49 - 56-cı yerlər arasında final mərhələsinin oyunları:

¼ VATAN 1-1 NC MARIBOR (SLOVENIA) (6-5 PEN)
½ ACS KIDS TAMPA BRASOV (ROMANIA)1-1 VATAN (5-6 PEN)

FINAL

NK PONIKVE (CROATIA) 0-3 VATAN

10 yaşlılar arasında Avstriyada keçirilmiş dünyanın ən böyük futbol turniri - “Champions trophy 2017” beynəlxalq futbol turnirində "Vətən" ümumilikdə 8 ölkədən (Avstriya, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Çexiya, Sloveniya, Xorvatiya, Rumıniya) 13 komanda ilə qarşılaşdı.

Turnirin nəticəsinə görə "Vətən" 1000 komanda arasında reytinq sıralamasına görə 49-cu yeri tutub. Turnirin qalibi İngiltərənin “Chelsea”, gümüş mükafatçısı Portuqaliyanın “Benfica”, bürünc mükafatçısı isə İtaliyanın “Juventus” klubları olub.

"Vətən" komandasının üzvləri turnirin fəxri qonağı, əfsanəvi holland futbolçu Patrik Klyuvertlə tanış olub, onunla xatirə fotosu çəkdirib.

Bundan başqa, komanda üçün zəngin tarixə malik Avstriyanın paytaxtı Vyana şəhərində gəzinti təşkil edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2769598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR