Bakıda qaynını qətlə yetirən şəxsə hökm oxunub

Bakıda qaynını qətlə yetirən şəxsə hökm oxunub
13:17 22 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəmənin növbəti iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə T.Fərəcovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törəldildikdə) maddəsi ilə 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Hökmə əsasən, o, 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında T.Fərəcovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayının 4-də baş verib. Naxçıvan şəhər sakini T.Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.
Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.
Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən R.Cəfərovla hadisəni törədən T.Fərəcov qayın-yeznə olub. Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə gələn 35 yaşlı R.Cəfərov burada yeznəsi T.Fərəcovla dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T.Fərəcov onu bıçaqlayaraq öldürüb. T.Fərəcov ilkin istintaq zamanı qaynını söyüş söydüyünə görə vurduğunu deyib. Hadisə vaxtı R.Cəfərovun bacısı da evdə olub.
O, CM-nin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törəldildikdə) maddəsi ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR