Prezident İlham Əliyev: Azərbaycan-Moldova münasibətlərinin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq

Prezident İlham Əliyev: Azərbaycan-Moldova münasibətlərinin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq
13:22 22 İyun 2017
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan-Moldova münasibətlərinin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla geniş tərkibdə görüşündə deyib.

Ali qonağı salamlayan Prezident İlham Əliyev bildirib: "Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin gəlişinizə çox şadam. Biz artıq ikitərəfli münasibətlərin mühüm məsələlərinə, regional problemlərə dair fikir mübadiləsi aparmışıq. Bu gün biz artıq işimizi geniş tərkibdə davam etdiririk. Əminəm ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq. Bunun üçün çox böyük potensial var. Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur".

Dövlət başçısı əlavə edib: "Əlbəttə, bu gün biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik. Düşünürəm ki, səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına bütün zəruri tapşırıqlar veriləcəkdir ki, hər istiqamət üzrə tədbirlər planı müəyyən edilsin və həmin plan reallaşdırılsın.

Beləliklə, mən çox şadam. Sizi bir daha salamlayıram və səfərinizin xoş keçməsini arzu edirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR