Gəlini intihar edən şairədən İLGİNC AÇIQLAMA: ""Balkon"a çıxıb şou göstərirdi" - FOTO

Gəlini intihar edən şairədən İLGİNC AÇIQLAMA: ""Balkon"a çıxıb şou göstərirdi" - FOTO
13:27 22 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən ay yaşadığı binanın eyvanından özünü ataraq intihar etmiş Bakı şəhər sakini Susana Şərifovanın qayınanası - şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəyli oğlunun həbs edilməsi ilə razılaşmır.

Milli.Az xəbər verir ki, bu barədə ölkə.az-a danışan şairə bildirib ki, oğlu Əbülfəz Baxşıyev gəlini Susana Baxşıyevaya heç vaxt işgəncə verməyib:

"Deyirlər ki, guya oğlum gəlinimi mütəmadi olaraq döyüb, işgəncələr verib, ləyaqətini tapdalayıb. Oğlumla gəlinim 2009-cu ildə evləniblər. Bildirilir ki, ailə qurduğu gündən Susana işgəncələrə məruz qalıb, maddi sıxıntıları olub. Halbuki, 2009-2011-ci illərdə onlar İsveçin Stokholm şəhərində yaşayıblar. Oradan da yeddi aylıq hamilə gəlib və övladını da burada dünyaya gətirib. Oradan gələndən sonra onları Türkiyəyə göndərmişəm, orada yaşayıblar. Susana mənim evimdə şah kimi yaşayıb. Sonra bir il yarım oğlumu qoyub gedib. Gələndən sonra daha bir övladları - Nəzrin dünyaya gəlib. Əgər oğlum onu işgəncələrə məruz qoymuşdusa, niyə gəlib ikinci dəfə uşaq dünyaya gətirirdi? Niyə ilyarımdan sonra qayıdırdı? Oğlum onu zorla geri qaytarmamışdı".

S.Nüsrətbəyli deyib ki, oğluyla dünən görüşüb:

"Oğlumla dünən görüşmüşəm. Deyir ki, onu hələ də sevirəm. Heç vaxt istəməzdim ki, Susana ölsün, övladlarım yetim qalsın. Hansı evdə söz-söhbət olmur ki? Sübut etsinlər ona hansı işgəncəni vermişik? Ortalığa ekspertiza rəyi qoysunlar. Gəlinin qohumları böhtançıdır. Susananı o günə qoyan anası və iki bacısıdır. Onun bacılarının kim olduğunu hamı tanıyır. Susananı polisə göndərirdilər ki, oğlumu tutdursunlar, özləri rahat yaşasınlar. Çünki Əbülfəz Susananın ərsiz qadınlara qoşulmağına imkan vermirdi. Əbülfəz pis adam idisə, niyə Susana ilyarımdan sonra evimə qayıtdı? Axı Susana özünü atmayıb. Videogörüntülər də var. Çıxıb "balkon"a on dəqiqə şou göstərdi. Ya başı gicəlləndi, ya sürüşdü deyə yıxıldı. Camaat da aşağıdan videoya çəkirdi. Bu gün oğlumu heç nədən tutub salıblar həbsxanaya, iki övladı da qalıb atasız. Nərgiz nəvəmin altı yaşı var. Hər gecə ağlayıb deyir ki, atamı istəyirəm. Mən yeddi aylıq körpəyə baxıram. Dünən Kürdəxanıdakı təcridxanaya aparmışdım. Nərgiz ağlayır ki, atamı istəyirəm, Nərgiz hələ nə baş verdiyini bilmir, ağlayır. Oranın işçiləri körpələrin səsinə yığışmışdı".

Qeyd edək ki, Ə.Baxşıyev həbs edilib və hazırda Kürdəxanıdaki müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR