"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
13:43 22 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (2/2017) sayı nəşr olunub.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən məlumat verilib.

Jurnalın bu sayında:

* “Buker mükafatı laureatları” rubrikasında – Kazuo İsiquronun “O günlərdən qalanlar” romanı;

* “Azərbaycan ədəbiyyatı” rubrikasında – Əlisəmid Kürün şeirləri;

* “XX əsrin klassikləri” rubrikasında – Herman Hessenin “Cavanlıq gözəl şeydir” hekayəsi;

* “Rus ədəbiyyatı” rubrikasında – yeni tərcümədə Nikolay Qoqolun “Şinel” hekayəsi;

* “Korifeylər” rubrikasında – Doris Lessinqin “Qarışqa yuvası” povesti;

* “Roman” rubrikasında – Fransua Moriakın “Sevgi səhrası” romanı;

* “Kinolaşan əsərlər” rubrikasında “Hamletin ədəbi müəmması və ya sənətin yeddinci möcüzəsi”;

* “İntibah” rubrikasında – Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri;

* “Teatr” rubrikasında – Ejen İoneskonun “Keçəl müğənni qız” pyesi, Mixail Çexovun “Aktyorluq dərsləri”,

* Uinston Çörçilin memuarları;

* Çağdaş Ukrayna poeziyasından nümunələr və s. maraqlı yazılar yer alıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2769630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR