Qubada sahibkarlara güzəştli kreditlər verilib

Qubada sahibkarlara güzəştli kreditlər verilib
13:47 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Quba rayonunun Timiryazev qəsəbəsində keçirilən işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 1 mln. manatdan çox güzəştli kredit verilib.
"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilən kreditlər heyvandarlıq və bağçılıq təsərrüfatlarının, istixana kompleksinin genişləndirilməsinə, tikinti materiallarının istehsalına və s. sahələrə yönəldiləcək və 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, 2017-ci ilin ötən dövrü ərzində 653 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 mln. manata yaxın güzəştli kredit yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2 000-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Ümumilikdə isə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 380 investisiya layihəsinin maliyyələşdirilməsinə 186,2 mln. manat güzəştli kredit verilib.
Forum çərçivəsində Qubanın Timiryazev qəsəbəsində gündəlik istehsal gücü 10 ton olan çörək zavoduna və Dəlləkli kəndində intensiv bağçılıq təsərrüfatına baxış keçirilib. Hər iki investisiya layihəsinin reallaşdırılmasında güzəştli kreditlərdən istifadə edilib.
Qeyd edək ki, SKMF tərəfindən son illər 31 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 55 mln. manat güzəştli kredit verilib və artıq 29 müəssisə istifadəyə verilib.
Bundan əlavə, SKMF tərəfindən 51 logistika mərkəzinin yaradılmasına 163 mln. manat və 38 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 56,6 mln. manat güzəştli kredit verilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/qubada-sahibkarlara-guzestli-kreditler-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR