Ölkə addım-addım xaosa... - Türkiyə qarşı “B planı”nın DETALLARI

Ölkə addım-addım xaosa... - Türkiyə qarşı “B planı”nın DETALLARI
13:48 22 İyun 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə kəşfiyyatı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 15 iyul dövlət çevrilişinə cəhddən dərhal sonra dövriyyəyə buraxdığı “B planı”nı, yəni “İkinci Gəzi”ni bütün detalları ilə ifşa edib.

Publia.az xəbər verir ki, bu haqda “Haber7” saytında yazar Batuhan Yaşar bildirib.

Onun sözlərinə görə, məqsəd 2017-ci il aprelin 17-də keçirilən referendum öncəsi Gəzi hadisələrinə (2013) bənzəri xaos yaratmaq idi. Yazar planın qəhrəmanının isə səhhəti ilə əlaqədar bu yaxınlarda həbsdən buraxılan Suriya əsilli tanınmış jurnalist və Yaxın Şərq üzrə ekspert Hüsnü Mahallinin olduğunu bildirib.

Qeyd edilir ki, jurnalist “Yeni Gəzi Xaosu” adlı plan hazırlayaraq BƏƏ-yə göndərib və planın həyata keçirilməsi üçün büdcənin ayrılmasını istəyib. Xaos planı isə aşağıdakı kimi idi:

- Müxtəlif təbəqələrinin küçələrə çıxması üçün zəmin hazırlanacaq, Gəzidəki strategiya ilə ölkə addım-addım xaosa sürüklənəcək.

- “Müsəlman Qardaşları” təşkilatının Vaşinqton tərəfindən terror təşkilatları siyahısına daxil edilməsinə cəhd göstəriləcək, Türkiyə sözügedən təşkilat üzərindən sıxışdırılacaq.

- Türkiyənin Rusiya, İsrail və İranla münasibətlərinin pozulması üçün bütün vasitələrdən istifadə olunacaq. Bu məqsədlə bütün platformalardan istifadə ediləcək.

Yazar qeyd edir ki, əslində Hüsnü Mahallinin ifşa edilməsi ilə bəzi gerçəklər ortaya çıxıb. Birincisi, BƏƏ-nin Suriya lideri Bəşər Əsəd və İranla bağlı gerçək üzü ortaya çıxıb. İkincisi, BƏƏ Əsəd rejiminin əleyhdarı kimi görünsə də, əslində Dəməşqlə həmrəydir. Üçüncüsü, BƏƏ İranın düşməni deyil və Tehranıa əlaqələri çox yaxşıdır.

Ömər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR