Bakıda mesaj üstündə qətlə yetirilən şəxsin anası şikayətçi olmayıb

Bakıda mesaj üstündə qətlə yetirilən şəxsin anası şikayətçi olmayıb
14:02 22 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə M.Hüseynov özünü qismən təqsirli bildiyini söyləyib. O, görüşə gedən zaman Ələkbər Muxtarovu öldürmək niyyətinin olmadığını deyib: "Onunla söhbət edəcəkdim, lakin sonra mübahisə etdik".
Daha sonra iclasda zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən Ə.Muxtarovun anası Ülviyyə Məcidova ifadə verib. Onun sözlərinə görə, hadisə günü oğlu evdən dostları ilə görüşmək adı ilə çıxdığını deyib: "Qətlin və mübahisənin səbəbləri haqda heç nə bilirəm. Oğlumun ölüm xəbərini polisdən eşitdim. Ələkbər əsgərlikdən yeni gəlmişdi. Şirkətlərdən birində mühafizəçi işləyirdi.
Ü.Məcidova təqsirləndirilən şəxsdən şikayətçi olmadığını qeyd edib: "Nədən şikayət edim? Nə olacaq? Hadisədir olub".
M.Hüseynov mərhumun anası Ü.Məcidovadan üzr istəyərək, əməlindən peşman olduğunu bildirib: "Belə olmasını istəməzdim".
Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.
İlkin məlumata görə, İmişliyə gedən M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb.
Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ə.Muxtrova yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ə.Muxtrov "Memar Əcəmi" metrostansiyasının qarşısında görüşməyə razılaşıb. Həmin zamanı tərəflər arasında mübahisə düşüb və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.
Onu da əlavə edək ki, M.Hüseynov Bakı Biz nes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR