Arveladzenin yeni iş yeri məlum oldu

Arveladzenin yeni iş yeri məlum oldu
14:05 22 İyun 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Özbəkistanın "Paxtakor" klubu yeni baş məşqçisini elan edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gürcü mütəxəsis Şota Arveladze Daşkənd klubunun sükanı arxasına keçib.  İyunun 23-də 44 yaşlı mütəxəssisin və komandanın yeni transferi - xorvatiyalı müdafiəçi Marko Simiçin təqdimat mərasimi keçiriləcək. Şota Arveladzenin sonuncu iş yeri İsrailin "Maccabi" komandası olub.

O, ötən mövsüm Tel-Əviv təmsilçisi ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Lakin komanda "pley-off"a yüksələ bilmədiyi üçün Arveladze bu ilin yanvarında qarşılıqlı razılaşma əsasında postunu tərk edib. Gürcüstanlı mütəxəssis daha əvvəl Türkiyənin "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor" kollektivlərinə rəhbərlik edib.

11 qat ölkə çempionu olan "Paxtakor" cari mövsümdə 14 turdan sonra 21 xalla 5-ci pillədə qərarlaşıb. Paytaxt klubu bu il artıq ikinci dəfədir ki, baş məşqçi dəyişikliyinə əl atır. Apreldə Qriqori Kolosovskini Ravşan Haydarov əvəzləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR