Səudiyyənin yeni vəliəhdinə Məkkədə biət edildi - VİDEO

Səudiyyənin yeni vəliəhdinə Məkkədə biət edildi - VİDEO
14:09 22 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə kralının yeni vəliəhdinə sədaqət andı içilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, mərasim Məkkədəki Səfa Sarayında baş tutub.
 
31 yaşındakı şahzadə Məhəmməd bin Salman ölkənin iqtisadi siyasətini müəyyən edən əsas fiqurdur.
 
Maraqlıdır ki, o cəmi iki il öncə ölkədə nisbətən az tanınan şəxslərdən olub.
Məhəmməd bin Salman digər bir çox şahzadələr kimi xaricdə təhsil almayıb. O, Səudiyyə Kral Universitetinin Hüquq fakültəsinin məzunudur.  
İki öl öncə taxta çıxan kral Salman əvvəlcə oğlunu müdafiə naziri təyin edib və iki ay sonra Məhəmməd Yəmənə qarşı müharibəyə başlayıb. Onun əsas məqsədinin İranın bölgədəki dominantlığını sıfıra endirmək olduğu bildirilir.
 
Onun İran barədə düşüncələri ABŞ prezidenti ilə üst-üstə düşür və Tehranla heç bir dialoqu qəbul etmir.
 
Yeri gəlmişkən, yeni vəliəhd mart ayında Ağ Evdə Donald Trampla görüşüb və İran barədə müzakirələr aparıblar.
 
May ayında isə o, müsahibələrinin birində "əgər bölgədə bir müharibə başlayacaqsa, bu İranda olacaq, Səudiyyə Ərəbistanının ərazisində yox" sözlərini açıq bəyan edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR