Fiqo Ronaldu barədə: "Əvəzolunmaz futbolçu yoxdur"

Fiqo Ronaldu barədə: "Əvəzolunmaz futbolçu yoxdur"
14:17 22 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın sabiq futbolçusu Luiş Fiqo həmyerlisi Ronaldunun Madrid klubundan getmək istəyinə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fiqo heç kimi əvəzolunmaz futbolçu hesab etmədiyini deyib.

"Ronaldunun klubu tərk etməsi üçün ciddi səbəblər olmalıdır. İstənilən halda, qərar vermək şəxsi işidir. Bununla belə Ronaldunu başqa klubda təsəvvür edə bilmirəm. Mənə görə əvəzolunmaz futbolçu yoxdur. Təkcə Ronaldu və Pepeni nəzərdə tutmuram. Hesab edirəm ki, klublar bu və ya digər ulduzdan asılı olmalı deyil. Klubun tarixi, ənənələri hər şeydən əvvəl gəlməlidir".

14.7 milyon avro vergidn yayınma məsələsi gündəmə gəldikdən sonra Ronaldunun klubunu dəyişmək istədiyi barədə söz-söhbətər yayılıb. Portuqaliyalı ulduzun PSJ və ya "Mançester Yunayted"ə keçmə ehtimalı real təqdim edilsə də, son xəbərlərdə "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyonun bu transferə qarşı olması deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR